Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Azərbaycan müharibəyə hazırlaşır” iddiası əsassızdır” –

User 23 Fevral 2024 - 14:48 (Last updated: 21 May 2025 - 20:15)
xinaz

“Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır”.

Bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhdə bildirilib.

Qeyd edilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir.

“Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır.

Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir.

Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.

Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq”, – məlumatda vurğulanıb.

Post navigation

Previous: Üzümçülük şərab istehsalı üçün hansı perespektivlər açır?
Next: Ermənistan Almaniyanın səylərinə hörmətsizlik edib

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.