Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Əmtəə-nəqliyyat qaiməsi və yol vərəqi elektron qaydada veriləcək

Orkhan Ali 23 Fevral 2024 - 17:17 (Last updated: 21 May 2025 - 20:15)
1708688571552820616_1200x630

Əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, elektron xidmət “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli müvafiq Qanununa, “AYNA informasiya sistemi haqqında Əsasnamə”yə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli müvafiq Qərarına uyğun olaraq hazırlanıb. Elektron xidmət 1 mart tarixindən tam istifadəyə veriləcək. Hazırda sistem açıqdır.

Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi (e-qaimə) ilə rəsmiləşdirilmədən daşınması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və bu qaydaların pozulmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulub.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur. Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı və eləcə də ticarət sahələrində şəffaflığın təmin edilməsini hədəfləyir. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi zamanı gücləndirilmiş elektron imzadan istifadə nəzərdə tutulur.

Post navigation

Previous: MİDA-nın adı ilə dələduzluq edən şəxs həbs olunub
Next: Avropa ölkələri Ukraynaya silah-sursat üçün 1,5 milyard dollar toplayır

Oxşar xəbərlər

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.