Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edib

Çin hakimiyyəti Gürcüstan üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.

Azpost.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Onun sözləribə görə, Gürcüstan vətəndaşları Çində vizasız qala biləcəklər.

“Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edəcək. Gürcüstan vətəndaşları Çində ardıcıl 30 gün vizasız qala biləcəklər”, – Kobaxidze bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.