Bayden çıxışı zamanı Rusiya ilə Çini səhv salıb- VİDEO

ABŞ prezidenti Co Bayden fevralın 20-dən 25-dək Vaşinqtonda keçirilən Milli Qubernatorlar Assosiasiyasının qış iclasında çıxışı zamanı Rusiya ilə Çini səhv salıb.

Azpost.info xəbər verir ki, ABŞ lideri Çin lideri ilə keçirdiyi vaxtdan danışıb və əlavə edib ki, onun Rusiyaya rəhbərlik edəcəyi aydın idi.

“Si Cinpinlə çox vaxt keçirdim. Bu, mənim çoxlu fikir ayrılıqları yaşadığım şəxsdir. Mən vitse-prezident olanda prezidentim mənə Si Cinpinlə görüşməyimi istədiyini dedi. Çünki onun Rusiyaya… Çinə rəhbərlik edəcəyi bəlli idi”, – Bayden bildirib.

O əlavə edib ki, ABŞ-ın o zamankı prezidentinin adından Si Cinpinlə görüşüb. Bayden deyib ki, onunla birlikdə ABŞ və Çində 27 min kilometr məsafə qət edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.