London Rusiya prezidenti Vladimir Putini xüsusi hərbi əməliyyatla bağlı planlarını dəyişməyə məcbur edə bilməyəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib.
Bu açıqlaması ilə Cabarov Britaniya xarici işlər naziri Devid Kemeronun Qərbin prezident Putinə Ukrayna ilə bağlı yanlış olduğunu sübut etməli olduğuna dair sözlərinə münasibət bildirib.
“Müxtəlif Qərb liderlərinin bütün bu bəyanatları Ukraynada əks-hücum uğursuzluğa düçar olduqdan sonra başladı. İndi onlar vurğunu belə bir diplomatik panelə keçirməyə, böyük siyasətçilərin nöqteyi-nəzərindən Rusiyanı nədəsə günahlandırmağa, onu fikrini dəyişməyə çalışırlar”, – senator deyib.
Azpost.info