“Rusiya ilə Çin arasında hesablaşmalarda problemi üçüncü ölkələr yaradır”- SƏFİR

Rusiya ilə Çin arasında hesablaşmalarda problem yaranmasına səbəb üçüncü ölkələrin müdaxiləsidir.

Azpost.info xəbər verir ki, bunu Çinin Moskvadakı səfiri Çjan Xanxuey bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr bu yolla problem yaratmağa çalışır. Bununla belə, diplomat onların öhdəsindən gələcəklərinə əmindir.

Qeyd edək ki, Çin bankı “Chouzhou Commercial” Rusiya ilə əməliyyatları dayandırıb. O, Rusiya idxalçıları üçün əsas hesablaşma mərkəzi idi. “Bloomberg”in məlumatına görə, Çin bankları ABŞ-ın təhdidləri səbəbindən Rusiyaya qarşı məhdudiyyətlər tətbiq edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.