Rusiya təyyarə qəzasında ölən ukraynalı əsir hərbçilərin cəsədlərini qaytaracaqmı?- Açıqlama

Qəzaya uğrayan “İl-76” təyyarəsində həlak olan ukraynalı əsir hərbçilərin cəsədlərinin qaytarılması ilə bağlı Rusiya və Ukrayna arasında təmaslar martın 1-də baş tutacaq.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib.

O, Rusiyanın cəsədləri təhvil verməyə hazır olduğuna dair bəyanatlar oxuduğunu da açıqlayıb.
Lubinets deyib ki, Ukrayna cəsədləri qəbul etməyə hazırdır.

Rusiyanın ombudsmanı Tatyana Moskalkova hökumətin ölən hərbçilərin cəsədlərini təhvil verməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, bunun üçün lazım olan hər şey, o cümlədən faciə qurbanlarının şəxsiyyətini müəyyən etmək üçün DNT mövcuddur.

Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi yanvarın 24-dəqəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarədə Ukrayna ordusunun əsir götürülmüş 65 hərbçisi, həmçinin altı ekipaj üzvü və üç müşayiət edən şəxs olub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.