Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

4855 mənzildə xüsusi təhlükəli vəziyyətə görə qaz təchizatı dayandırılıb

Orkhan Ali 01 Mart 2024 - 14:44 (Last updated: 21 May 2025 - 20:15)
qaz

Fevralda 111 minə qədər ev və obyektlərdə texniki müayinə keçirilib.

Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, keçirilən müayinələr nəticəsində 68 minə yaxın nöqsan qeydə alınıb.

“Bu kiçik bir rəqəm deyil. 4855 mənzildə xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb. Hansı ki bu cihazların bir çoxunun istismar müddəti bitib. Vanna otaqlarında problem əsasən otağın həcminin normativlərdən kiçik olması, qapıda dəliklərin olmaması, qaz qurğularının ümumiyyətlə yararsız vəziyyətdə olmasıdır. Həmçinin vanna otaqlarında quraşdırılmış qaz ilə su qızdırıcılarının böyük əksəriyyəti 15 ildən artıq istifadə olunan cihazlardır. Bu cihazların da texniki pasportunda istifadə müddəti 10-15 il arası, əksəriyyəti isə 10 ildən aşağı göstərilib. Bu onu təsdiq edir ki, artıq belə cihazlar istismar müddətindən çox istifadə edilir və ölüm saçan qurğulara çevrilmiş olur”, – deyə İ.Behbudov vurğulayıb.

İ.Behbudovun sözlərinə görə, müayinələr göstərib ki, əksər evlərdə qazın sızmasını bildirən detektor yoxdur. Bəzi mənzillərdə mətbəx otaqlarında yerdəyişmələrə rast gəlinir. Həyət evlərinin tüstü bacalarında problemlər çoxdur və qaz qurğularında rezin birləşmələrdə müəyyən çatışmamazlıqlar aşkarlanıb.

 

Post navigation

Previous: Rusiya təyyarə qəzasında ölən ukraynalı əsir hərbçilərin cəsədlərini qaytaracaqmı?
Next: “2022–2026-cı illər üçün Dövlət Proqramı”

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.