Alina Kabayeva uzun müddətdən sonra ilk dəfə ağ paltarda ictimaiyyətin qarşısına çıxıb.
Azpost.info bildirir ki, 40 yaşlı Alina Kabayeva Soçiyə gəlib və burada uşaqlar üçün “Alina” xeyriyyə festivalı keçirib.
Yarış günlərinin birində idmançı səhnəyə yaz görkəmində çıxıb. O, qar kimi ağ rəngli uzun yubka dəsti və nazik belini vurğulayan kəmərli pencək geyinib.

