Yazda qida rasionunu tam dəyişməliyik- Hansı qidaları yeməliyik?

Yaz rasionunda şüyüd, cəfəri, kahı, kərəviz, soğan və ispanaq olmalıdır. Onları hazır yeməklərə və bitki yağı ilə hazırlanmış salatlara əlavə etmək olar.

Azpost.info xəbər verir ki, mütəxəssislərin fikrincə, bu göyərtilərdə immun və ürək-damar sistemi üçün zəruri olan A, C, PP vitaminləri olduğu üçün bu vacibdir.

Mütəxəssislər qida rasionuna qulançar daxil etməyi də tövsiyə edirlər. Bu tərəvəzin tərkibində A, C, maqnezium, PP, E və B qrupu vitaminləri var ki, bunun sayəsində qulançar bağırsaqları stimullaşdırır, şəkərin səviyyəsini aşağı salır və iltihabla mübarizə aparır.

Dəmir, fosfor, lif və vitaminlərlə zəngin turşəng və turp da vitamin çatışmazlığını kompensasiya etməyə kömək edəcək.

Meyvələrə gəldikdə, mütəxəssislər əks-göstəriş olmadıqda, sitrus meyvələrinə – limon, portağal, pomelo, qreypfruta diqqət yetirməyi tövsiyə edirlər. Onlar immun sisteminə faydalı təsir göstərir, sinir sistemini sakitləşdirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Gündə bir dəfə banan yemək də məsləhətdir – bu meyvə kalium, manqan, E və B6 vitaminləri ilə zəngindir.

Dietoloqlar yazda qida rasionunu tamamilə dəyişməyi məsləhət görürlər. Xüsusilə, ondan yağlı ət məhsullarını, piyi, yağı, şirniyyatları və bişmiş məhsulları çıxarmaq tövsiyə olunur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.