Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Kağız reseptlərə son qoyulacaq

Orkhan Ali 07 Mart 2024 - 12:59 (Last updated: 21 May 2025 - 20:15)
resept

Hazırda “Elektron Resept” (reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğu səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm kağız, həm də elektron qaydada yazılır. Lakin il ərzində bu sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız elektron qaydada yazılacaq.

Bunu Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzinin Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Səid Fərzullayev deyib.

O bildirib ki, hazırda elektron resept sistemində həkim tərəfindən təyin ediləcək dərman vasitəsini istər onun adına görə, istərsə də təsiredici maddəsinə görə axtarmaq imkanı var.

“Davam edən maarifləndirmə tədbirləri, sistemin istifadə qaydasının öyrədilməsi, tibb müəssisələri və pərakəndə satış ilə məşğul olan əczaçılıq müəssisələrində istifadə edilən sistemlərin “Elektron Resept” (reseptim.az) sisteminə inteqrasiyası bitdikdən sonra elektron reseptdə yalnız təsiredici maddənin adı qeyd olunacaq. Bu məsələyə nəzarət özəl tibb müəssisələrində və pərakəndə satış əczaçılıq müəssisələrində aparılacaq plan üzrə və plandankənar yoxlamalar zamanı həyata keçiriləcək.

Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətinin keçdiyi hallarda sertifikasiya imtahanına cəlb edilirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, Elektron Resept Sisteminin istifadəsi istər Reseptim.az internet resursu vasitəsilə və ya mobil telefon istifadəçiləri üçün “Reseptim” mobil əlavəsi vasitəsilə istifadə etmək mümkündür”, – deyə o qeyd edib(trend).

Post navigation

Previous: İran Ermənistana xəbərdarlıq edib
Next: Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi təyin edilib

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.