“İsveç Rusiya ilə münaqişə vəziyyətində NATO-nun logistika mərkəzinə çevriləcək”- “Financial Times”

İsveç Rusiya ilə münaqişə vəziyyətində NATO-nun logistika mərkəzinə, eləcə də Finlandiya və ya Baltikyanı ölkələrin güclənməsi marşrutuna çevriləcək.

Azpost.info xəbər verir ki, bunu “Financial Times” rəsmilərə istinadən yazıb.

Nəşr qeyd edir ki, İsveç Rusiya ilə həmsərhəd deyil, lakin onun NATO-ya daxil olması Alyansın demək olar ki, bütün Baltik dənizini əhatə etməsi deməkdir.

Qəzet yazır ki, Baltik dənizinin ortasında yerləşən “İsveçin nəhəng təyyarədaşıyan gəmisi” ləqəbini almış Qotland adası potensial münaqişə vəziyyətində Estoniya, Latviya və Litvanın müdafiəsini asanlaşdıracaq. İsveçin keçmiş baş naziri Karl Bildt deyib ki, onun ölkəsinin NATO-ya daxil olması Şimali Avropada müdafiə və çəkindirmənin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.