Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.
APA-nın AEM-ə istinadən verdiyi xəbərinə görə, sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.
Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.