Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Dron hücumları Rusiyada benzinin qiymətini artırıb

User 14 Mart 2024 - 20:22 (Last updated: 21 May 2025 - 20:15)
pua zavod

AI-95 markalı benzinin 1 tonunun qiyməti Sankt Peterburq beynəlxalq əmtəə-xammal birjasında son altı ayda ilk dəfə olaraq 60 min rubla (654 dolalr) çatıb.

Bu, 2023-cü ilin sentyabrından bəri maksimum qiymətdir. O vaxt Rusiyadan yanacaq ixracına qadağan qoyulduqdan sonra benzinin qiyməti düşməyə başlamışdı. Rusiya hakimiyyəti martın 1-dən benzinin ixracına yenidən qadağan qoyub. Belə bir qadağan 2023-cü ilin sentyabrından noyabrına qədər də qüvvədə olmuşdu.

RBK agentliyi bildirir ki, bu tədbirlərə baxmayaraq benzinin birja qiymətləri qalxmaqda davam edir. Ekspertlər Rusiyada benzin qiymətlərinin qalxmasını Ukrayna dronlarının neftayırma zavodlarına hücumu ilə bağlayırlar.

Martın 13-də Ryazan neftayırma zavoduna dron hücumu nəticəsində yanğın törənmişdi. Rusiyanın cənubunu benzinlə təchiz edən Novoşaxtinsk neftayırma zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb. Bundan bir gün əvvəl isə Nijeqorod neftayırma zavodunda dron hücumu nəticəsində yanğın baş vermişdi. Hazırda zavodda plandan əlavə təmir işləri aparılır.

Bu yaxınlarda Rusiyanın Energetika Nazirliyi bildirmişdi ki, regionun yanacaqla təchizatı və benzinin qiyməti sabitdir: “Rusiya hökumətinin avtomobil yanacağının ixracına qadağan qoyması və benzini ikinci əldən alanlara əlavə rüsumların tətbiqi kimi önləyici tədbirlər daxili bazarda dayanıqlı gəliri təmin edib”.

RBK yanacağın birja qiymətlərinin artmasını tələb və təklif arasında balansın pozulacağından olan narahatlıqla izah edir. Agentliyin mənbəyi bildirir ki, bazardakı vəziyyət “potensial baxımdan ciddidir”, buna görə də alıcılar yanacağı əvvəlcədən almağa üstünlük verirlər.

RBK-nın mənbələri bildirirlər ki, əgər dron zərbələri nəticəsində neftayırma zavodlarında ilkin emal qurğuları sıradan çıxıbsa, onda nəinki benzinin , hətta dizel yanacağının da istehsalı azalacaq.

 

Azpost.info

Post navigation

Previous: Naxçıvanda həbs edilmiş nazir və yüksək vəzifəli məmurlar azadlığa buraxılıb
Next: Ukrayna Rusiya gəmilərinə NATO raketləri ilə zərbə endirib –

Oxşar xəbərlər

puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58

xƏBƏR

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Restoranın dolu olması həmişə onun yaxşı qazandığını göstərmir. Zalın bütün masaları tutulsa da, ayın sonunda sahibkarın əlində...
Read more about Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.