“İran İsrail daxilindəki hədəflərə zərbələr endirəcək”- NBC

İran Dəməşqdəki konsulluğunun atəşə tutulmasına cavab olaraq İsrail daxilindəki hədəflərə zərbələr endirməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyasının rəsmiləri İranın bu həftə Suriyadakı hava hücumlarına cavab olaraq İsrail daxilindəki hədəflərə zərbələr endirməyi planlaşdırmasından narahatdırlar”, – adı açıqlanmayan ABŞ rəsmiləri bildiriblər.

İranın cavabı ABŞ-da gözlənildiyi kimi, hərbi və ya kəşfiyyat obyektlərinə yönələcək” – NBC qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.