Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Qərbi Azərbaycan İcması Aİ və ABŞ-a çağırış edib

Orkhan Ali 06 Aprel 2024 - 20:33 (Last updated: 21 May 2025 - 20:15)
qerbi azerb icmasi

Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 5-də Brüsseldə görüş keçiriblər. Azərbaycan hökumətinin və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Görüşün yekunlarına dair yayılmış məlumatdan aydın olur ki, Avropa İttifaqı və ABŞ Ermənistana əhəmiyyətli ölçüdə maliyyə yardımı etmək qərarı veriblər. Şübhəsiz ki, ictimaiyyətə verilən məlumat tam mənzərəni əks etdirmir.

Aİ və ABŞ keçmiş münaqişədən zərər çəkmiş yeganə tərəf olan Azərbaycana deyil, Ermənistana yardımlar etməklə ərazilərimizi viran qoymuş və minalarla çirkləndirmiş İrəvanı bir növ mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir. Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir.

Qərbi Azərbaycan İcmasının görüşdən əvvəl etdiyi müraciətlərə baxmayaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin sözügedən görüşün gündəliyinə salınmaması ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir.

Bütün bunlar bir daha sübut edir ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edib.

Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa və regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırır. Aİ ilə ABŞ həqiqətən də insan hüquqları və sülhdə maraqlıdırsa, o zaman militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılardan və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir”.

Post navigation

Previous: İranın Dəməşqdəki konsulluğu fəaliyyətini bərpa edib
Next: 65 yaşlı iş adamı özündən 43 yaş kiçik sevgilisi ilə fotolarını paylaşdı –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.