Kremlin sözçüsü Dmitri Peskov xarici jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin çıxışlarını daha diqqətlə dinləməyi və ifadələri kontekstdən çıxarmamağı tövsiyə edib.
Azpost.info xəbər verir ki, o, xarici mətbuat nümayəndəsinin dövlət başçısının İslam fundamentalistlərinin hücumlarının mümkünlüyü ilə bağlı sözlərinə münasibət bildirmək xahişinə belə cavab verib.
“Konteksə diqqətlə baxın. Müəyyən bir kontekst var ki, siz indi bu ifadəni çıxarırsınız”, – Peskov bildirib.
Putin “Crocus City Hall”da terror aktını sifariş edənlərin Rusiyanın birliyinə xələl gətirmək məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, bu qənaətə istintaq məlumatlarına əsasən gəlmək olar. Putin deyibki, başqa məqsədlər görünmür və əlavə edib ki, Rusiya dinlərarası harmoniya və birliyin unikal nümunəsini nümayiş etdirdiyi üçün İslam fundamentalistlərinin terror hücumlarının hədəfi ola bilməz.
Azpost.info