Putinlə Paşinyan görüşəcək- Nələri müzakirə edəcəklər?

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda görüşməsi planlaşıdırılır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini müzakirə edəcəklər.

“Prezident Putin və Baş nazir Paşinyan bunları və zərurət olarsa, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – Peskov deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.