Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Uklon” taksi xidməti Azərbaycanda fəaliyyətini dayandırır

User 23 Aprel 2024 - 23:36 (Last updated: 21 May 2025 - 20:15)
uklon

Yaxın zamanda ölkədə “Uklon” taksi xidməti fəaliyyətini dayandıracaq.

Bu barədə “PAŞA Holding”-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “PAŞA Holding” öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır və eyni zamanda mövcud sahələrin təkmilləşdirilməsi üzərində işləyir, bu sahələrdən biri də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

“2023-cü ildə PAŞA Holding Ukraynanın “Uklon” şirkəti ilə əməkdaşlığa başlayıb. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsi olan “Umico” ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət qarşılandı. Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll yolları axtarır. Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, – holdinqin mətbuat xidmətindən qeyd edilib.

Post navigation

Previous: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək
Next: ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.