Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ağdamda məktəb tikintisi münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına töhfədir

Orkhan Ali 24 Aprel 2024 - 14:59 (Last updated: 21 May 2025 - 20:15)
6628e4ab6849e6628e4ab6849f17139560116628e4ab6849c6628e4ab6849d

Bu gün imzalanan strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan birgə bəyanat ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə şərait yaradır.

Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bildirib.

O, həmçinin ölkəsinin sabah Ağdamda təməli qoyulacaq orta məktəb binası inşa etmək təşəbbüsünün münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına verdiyi töhfə olduğunu bildirib.

Sadır Japarov deyib ki, danışıqlarda Qırğızıstan-Azərbaycan arasında İqtisadi və Humanitar Əməkdaşlığa dair Birgə Komissiyasının iclasının keçirilməsi barədə də razılıq əldə olunub.

Qırğız Respublikasının Prezidenti müzakirələrdə eyni zamanda, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, eləcə də əməkdaşlığın gələcək perspektivləri, habelə, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair məsələlərə də toxunulduğunu bildirib, imzalanan sənədlərin əhəmiyyətindən danışıb: “Bu gün müxtəlif sahələrdə birgə fəaliyyətə dair bir sıra sənədləri də imzaladıq. İmzalanan sənədlərin arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair imzalanan və ortamüddətli perspektivdə ikitərəfli əməkdaşlığın inkişafında yol xəritəsi qismində istifadə olunacaq beşillik kompleks fəaliyyət proqramını da qeyd etmək istərdim. Eyni zamanda, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli vergitutmadan imtina və gəlir vergisinin ödənilməsindən yayınmanın qarşısının alınmasına dair imzalanan və hər iki ölkənin təsərrüfat subyektləri arasında birgə iqtisadi fəaliyyətin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyan razılaşmanı da qeyd etmək istəyərdim. Biz mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumuzu bildirdik”, o deyib.

Post navigation

Previous: Respublikanın sabiq baş pediatrı intihardan əvvəl məktub yazıb
Next: Prezident İlham Əliyev Qırğızıstana təşəkkürünü bildirib

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.