Ukrayna Moskva aerodrumunda K-32 helikopterini məhv edib-FOTO

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ka-32 helikopterinin Moskva aerodromunda məhv edildiyini təsdiqləyib.

Azpost.info bildirir ki, Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinin məlumatına görə, aprelin 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin Ostafyevo aerodromunda düşmənə məxsus çoxməqsədli Ka-32 helikopteri məhv edilib.

Aerodrom Rusiya Müdafiə Nazirliyinə məxsusdur və “Qazprom” ASC-nin tərkibinə daxil olan “Qazpromavia” müəssisəsi ilə birgə idarə olunur.

“Məhv edilmiş aviasiya texnikası Rusiya işğalçı ordusunun əməliyyatlarına dəstək üçün istifadə edilib”, – Baş Kəşfiyyat İdarəsi aydınlaşdırıb.

Aerodromdan çəkilən videoda məhv edilmiş helikopter uçuş meydançasında dayanır. Daha sonra onun parlaq alovla yandığı görünür.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.