Yaponiya və Cənubi Koreya Rusiya və KXDR-ə sanksiyalar tətbiq edib

Yaponiya hökuməti Şimali Koreyadan silah aldığına və Ukraynada davam edən hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, sanksiyalara doqquz rus şirkəti, Kiprdə qeydiyyatdan keçmiş iki şirkət və bir rusiyalı iş adamı məruz qalıb.

Bundan başqa, Seul Moskva və Pxenyana qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Cənubi Koreyanın sanksiyaları yeddi Şimali Koreya vətəndaşına və iki Rusiya gəmisinə şamil edilir.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, adıçəkilən şəxslərə və Rusiya gəmilərinə qarşı sanksiyalar onların Pxenyanın nüvə və raket layihələri üçün materialların tədarükü və bu inkişafların maliyyələşdirilməsində iştirakı ilə bağlıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.