Dumanın deputatı NATO aerodromlarını bombalamaqla hədələyib

F-16 qırıcıları və onların Ukrayna hüdudlarından kənarda yerləşən aerodromları döyüş tapşırıqlarında iştirak etsələr, Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəklər.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

“Əgər qırıcılar Qərb aerodromlarında anbarda qalaraq, oradan Ukraynaya aparılacaqsa, orada texniki xidmət göstəriləndən sonra uçmağa başlayacaqlarsa, heç bir iradımız olmayacaq. Amma onlar hansısa ölkənin aerodromlarından havaya qalxıb, Ukraynanın hava məkanına daxil olub, raketlər buraxıb ora qayıdırlarsa, bu, qanuni hədəfdir. O ki qaldı vurmağa, biz hər kəsi, istənilən yerdə vura bilərik”, – Kartapolov deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.