Ukrayna və ABŞ arasında bir gün əvvəl imzalanmış təhlükəsizlik zəmanətləri haqqında saziş heç bir hüquqi qüvvəyə malik deyil.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, yalnız Qərbin Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək üçün lazımdır.
“Bu müqavilələrin heç bir əhəmiyyəti, hüquqi qüvvəsi yoxdur. Bunlar adi kağız parçalarıdır.”, – XİN rəsmisi deyib.
O qeyd edib ki, bu yolla prezident Vladimir Zelenskinin dünya ictimaiyyətinin Kiyevə dəstəyini nümayiş etdirməyə çalışır.
Azpost.info