“Hizbullah”la müharibə istəmirik”- İsrail müdafiə naziri

İsrail Livan “Hizbullah” hərəkatı ilə müharibə istəmir, lakin hadisələrin istənilən inkişafına hazırdır.

Azpost.info xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı deyib.

“Biz müharibə istəmirik, lakin “Hizbullah” təhlükəli oyun oynayır və biz vətəndaşlarımıza və evlərini tərk etmək məcburiyyətində qalan on minlərlə israilliyə qarşı hücumlara dözməyəcəyik”, – Qalant bildirib.

Onun sözlərinə görə, əsas məqsəd İsrail vətəndaşlarını sağ-salamat evlərinə qaytarmaqdır: “Biz bunu qarşılıqlı anlaşma əsasında etməyə üstünlük veririk, lakin bütün mümkün ssenarilərə hazırlaşırıq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.