Avro-2024:Bu gün ikinci finalçı məlum olacaq

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulacaq.

Finala sonuncu vəsiqə uğrunda Niderland və İngiltərə yığmaları üz-üzə gələcəklər. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edəcək.

Qeyd edək ki, turnirin ilk finalçısı Fransanı 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.