Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29 çərçivəsində özəl sektorun nümayəndələri ilə rəsmi görüş keçirilib

User 10 İyul 2024 - 18:11 (Last updated: 21 May 2025 - 20:15)
cop gurs

COP29 Azərbaycan Əməliyyat Şirkəti özəl sektorla birgə dayanıqlılıq və iqlim fəaliyyətinin davamlılığının təşviqini genişləndirir.

“COP29 Sponsorluq və Tərəfdaşlıq” strategiyasına uyğun olaraq dayanıqlılıq və ətraf mühit meyarlarının formalaşması, milli şirkətlərin korporativ strategiyalarının qlobal dayanıqlılıq hədəflərinə uyğunlaşdırılması üzrə cari ilin may ayında yerli özəl biznes iştirakçıları ilə başlanılan təşəbbüs çərçivəsində növbəti görüş keçirilib.

Belə ki, 9 iyul tarixində keçirilən və tikinti, istehlak məhsulları və istehlakın müxtəlif sahələri, texnologiya, maliyyə, bank sektoru kimi istiqamətləri təmsil edən qabaqcıl milli şirkətlərin 40-dan artıq nümayəndəsinin qatıldığı tədbir korporativ arenada ekoloji məsuliyyətin və könüllü öhdəliklərin gücləndirilməsi strategiyalarına yönəlib. Bu seminar şirkətlərə dayanıqlılıq öhdəliklərinin nəzərdən keçirilməsinə, bu yöndə töhfələrin daha effektiv şəkildə icrasına, aparıcı biznes liderləri arasında sektorlararası əməkdaşlığın və mövcud potensialın gücləndirilməsinə xidmət edib.

Görüşdə Milli öhdəlik proqramının növbəti mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verilib, şirkətlərin yaşıl keçid zamanı üzləşdikləri imkan və çətinliklər, kollektiv fəaliyyətin səfərbər edilməsi və COP29-da iştirakçılıq çərçivəsində ölkəmizin milli öhdəliklərə daha çox töhfə verməsinin yolları barədə fikir mübadiləsi aparılıb. Bildirilmişdir ki, COP29 tərəfdaşı olan və Milli öhdəlik proqramına qoşulan şirkətlər üçün xalis sıfır keçid planını dəstəkləyəcək maarifləndirmə təlimləri təşkil ediləcək. Şirkətlər Milli öhdəlik proqramında iştirak etməklə təyin olunmuş sponsorluq meyarlarına cavab vermiş olacaqlar.

COP29 çərçivəsində sponsorluq və tərəfdaşlığa maraq göstərən yerli şirkətlər sponsorship@cop29.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

 

https://cdn.apa.az/storage/apa.az/video-cdn/2d8af44036109b4a4886a43ca2ebc496.mp4

Post navigation

Previous: 2025-də Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb
Next: Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.