Pəhriz zamanı şirniyyat yeyə bilərsiniz- Həkim RƏYİ

Pəhriz saxlayarkən şirniyyatdan imtina etməmək də olar.

Azpost.info xəbər verir ki, bunu rusiyalı endokrinoloq Mariya İvanova bildirib.

Onun sözlərinə görə, arıqlamaq üçün şirniyyat əvəzinə zülal batonlar məsləhət görülür, lakin bu lazım deyil.

“Fakt budur ki, sizə zövq verən sevimli yeməklərinizi çıxarsanız, belə bir pəhrizə uzun müddət davam gətirə bilməyəcəksiz. Bu, həm də bir müddət sonra bədən çəkisinin geri qayıtması deməkdir”, – İvanova deyir.

Həkim qeyd edib ki, insan qidalanmada özünü nə qədər məhdudlaşdırırsa, bu qadağalara bir o qədər az əməl edir:

“Müşayiət olunan xəstəliklər olmadıqda şirniyyat yeyə bilərsiniz, Lakin bu cür qidaların miqdarına diqqət etmək  lazımdır. Zülal tərkibli dadsız qidadansa, şokolad yemək daha yaxşıdır. Məsələn, karbohidrat mübadiləsi və ya insulin müqaviməti pozulmuş insanlar yeməklər arasında ağ dondurma və ya az miqdarda tünd şokolad yeyə bilərlər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.