Trampa atılan güllə fotoya düşüb, sui-qəsdçi 9 dəfə atəş açıb –FOTO/VİDEO

ABŞ-ın sabiq prezidenti Trampın mitinqində baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfərin vəziyyəti ağırdır.

Azpost.info son vəziyyət barədə məlumatı təqdim edir:

Snayperin atəşindən sonra güllələrdən biri səhnənin arxasında dayanan qadının başına dəyib və nəticədə o, yerindəcə dünyasını dəyişib.

İndiyə qədər məlum olanlar:

— Naməlum şəxs Trampa təxminən 130 metrdən atəş açıb. Sui-qəsdçi birmərtəbəli binanın damında olub. O, Məxfi Xidmət snayperi tərəfindən məhv edilib. Şəxsiyyət hələ müəyyən edilməyib.

— Təhlükəsizlik qüvvələri atışma yerində AR tipli tüfəng tapıb. ABŞ Məxfi Xidməti şübhəlinin səhnəyə doğru 9 dəfə atəş açdığını bildirib.

— ABŞ səlahiyyətliləri Trampın mitinqində atəş açan şübhəlinin xaricdə heç kimlə əlaqəsi olmadığını düşünür.

— Mitinqdən çəkilmiş fotolardan birində  Tramp istiqamətində uçan gülləni görə bilərsiniz.

— Pensilvaniyada mitinqdə baş verən atışma Trampı öldürməyə cəhd kimi araşdırılır.

Trampa su-qəsd edən şəxsin cəsədi

 

Təhlükəsizlik xidməti snayperçinin meyitini aparır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.