Estoniya hakimiyyəti Rusiyaya Narva çayının sərhədində birgə ölçülər aparmağı təklif edib.
Azpost.info xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi müvafiq notanı Rusiyanın Tallinndəki səfirliyinin nümayəndəsinə təqdim edib.
Estoniya öz notasında bildirir ki, ölkələr Estoniya ilə Rusiya arasında nəzarət xəttinin əsasını təşkil edən istiqamətlə bağlı fərqli anlayışlara malikdirlər. Təbii şəraitə görə axan su obyektlərində şərait onilliklər ərzində dəyişə bildiyi üçün Estoniya birgə ölçmələr aparmağı təklif edib.
Azpost.info