Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Yuxusuzluğu necə aradan qaldırmaq olar? –

User 13 İyul 2025 - 17:22 (Last updated: 13 İyul 2025 - 12:03)
Yuxu

Yuxu

Qısa müddət ərzində yüngül idmanla məşğul olmaq yuxunu 30 dəqiqəyə qədər uzada bilər. Axşam saatlarında idmanla məşğul olmaq gecə daha yaxşı yatmağa kömək edir, həmçinin yaşlı insanlarda diabet və ürək xəstəliyi riskini azaldır.

“The İndependent” nəşri xəbər verir ki, bununla bağlı tədqiqatlar uzun müddət oturmağın və yuxusuzluğun ürək xəstəliyi, diabet və ölüm riskini artırdığını müəyyən edib. Ancaq yatmazdan əvvəl uzun müddət ağır şəkildə idman etmək tövsiyə olunmur, çünki bu, bədən istiliyini və nəbzini artıraraq yuxu keyfiyyətini azalda bilər.

“BMJ Open Sport & Exercise Medicine” elmi jurnalında dərc edilən yeni araşdırma, axşam saatlarında qısamüddətli yüngül məşqlərin yuxunu 30 dəqiqəyə qədər uzada biləcəyini müəyyənləşdirib. Tədqiqatda təxminən 30 iştirakçı fasilələrlə 4 saatlıq iki uzun oturma seansını tamamlayıb. Oturma seansları hər yarım saatda üç dəqiqəlik hərəkət fasiləsi ilə kəsilib. Hərəkət fasilələri üç məşqdən ibarət olub: ayaqları yuxarı qaldırmaq, ayaq üstə dizləri çəkmək və ayaqları düz irəli uzatmaq.

Araşdırmanın müəlliflərindən Meredit Peddi bunu belə izah edib: “Bu sadə bədən çəkisi məşqləri ona görə seçilib ki, onlar avadanlıq və böyük yer tələb etmir”.

Tədqiqatın aparıcı müəllifi Cennifer Qeyl bildirib: “Biz müşahidə etdik ki, iştirakçılar məşq fasilələrini tamamladıqdan sonra 30 dəqiqə daha çox yatıblar. Bilirik ki, bir çoxumuz üçün ən uzun fasiləsiz oturma müddəti axşam evdə ikən olur. Əvvəlki araşdırmalarımızda yeməkdən sonra hər 30 dəqiqədən bir ayağa qalxmağın və bir neçə dəqiqə idman etməyin müsbət keyfiyyətlərini aşkarladıq. Ancaq bir çox yuxu qaydası yatmazdan əvvəl bir neçə saat ərzində uzun və gərgin məşqi tövsiyə etmir. Buna görə də, axşam saatlarında çox qısa, yüngül hərəkətlər edilsə nə olacağını görmək istədik. Bundan başqa, evin ətrafında gəzməklə də oxşar effekt əldə etmək mümkündür. Hətta zalda rəqs etmək də faydalı ola bilər. Ən vacib şey, müntəzəm olaraq stuldan qalxmaq və bədəni hərəkət etdirməkdir”.

AzPost.az

Post navigation

Previous: “Kosmosdan düşən adam”ın inanılmaz hekayəsi –
Next: Xoruldayan adamlar təzyiq xəstəliyinə meylli olur –

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.