“ABŞ və İsrail liderləri arasında münasibətlər çox gərgindir”- “Bloomberg”

ABŞ və İsrail liderləri arasında münasibətlər regiondakı münaqişə səbəbindən çox gərgindir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Bayden İran və müttəfiq qüvvələrin yeni təhdidlərinə qarşı İsraili dəstəkləməyə söz versə də, təxminən on aydır davam edən müharibənin regional nəticələri pisləşdiyi üçün narazıdır. Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi atəşkəs danışıqlarına kömək etməyib”.

Daha əvvəl Bayden İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək Tel-Əvivə dəstək üçün ABŞ qoşunlarının yeridilməsi imkanlarını müzakirə edib. Bayden həmçinin Vaşinqtonun İsrailə HƏMAS, İran və onların müttəfiqlərindən müdafiəsinə kömək etməyə hazır olduğunu təsdiqləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.