“Ukraynanın 2024-cü il üçün hədəfi müharibənin ədalətli sona çatması üçün real zəmin hazırlamaqdır”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski özünün X (Tviter) səhifəsində yazıb.
Zelenskinin sözlərinə görə, Kiyev “sülh formulunun” həyata keçirilməsi üzərində işi davam etdirir.
“Bizim dəyişməz məqsədimiz bu il müharibənin ədalətli başa çatması üçün real zəmin hazırlamaqdır”, – o bildirib.
İyunun sonunda Zelenski qeyd etmişdi ki, Kiyev münaqişəni uzatmaq istəmir. Onun sözlərinə görə, Ukrayna münaqişənin növbəti “sülh sammiti”nə qədər həlli üçün plan hazırlamaq istəyir, çünki ölkədə döyüş meydanında itkilər səbəbindən vaxt məhdudiyyəti var.
Azpost.info