Əlverişsiz iş şəraiti ürək sağlamlığına mənfi təsir göstərir

“Journal of the American Heart Association” nəşrində dərc olunmuş yeni araşdırma göstərir ki, əlverişsiz iş şəraiti ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Alimlər 18 il ərzində hər iki cinsdən olan təxminən 6000 ofis işçisini müşahidə ediblər. Əlverişsiz şəraitin olduğu iş yerlərində əmək fəaliyyətinə başlamazdan əvvəl bu şəxslərin ürək-damar sistemində heç bir problemi olmayıb. Tədqiqatın sonuna qədər onlarda 186 atrial fibrilasiya hadisəsi qeydə alınıb.

Uzunmüddətli tədqiqatın nəticələri göstərib ki, müntəzəm olaraq uzun iş saatlarında çalışan insanlarda normal iş rejimi olanlarla müqayisədə atrial fibrilasiyanın inkişaf riski 83 faiz daha yüksəkdir.

Daha həyəcanverici statistika nizamsız iş saatları və aşağı əmək haqqı olan işçiləri narahat edir. Belə ki, onlarda bu patologiyanın inkişafı ehtimalı 97 faiz çoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.