Qəzzada atəşkəslə bağlı növbəti görüş Qahirədə keçiriləcək

Qəzzada atəşkəslə bağlı məsləhətləşmələrin növbəti mərhələsi avqustun 21-də Qahirədə keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə “Axios” portal məlumat yayıb.

Bu görüşün məqsədi danışıqları başa çatdırmaq və əvvəllər əldə edilmiş razılaşmaları möhkəmləndirmək olacaq.

Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın saxladığı girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlarda Qətər tərəfdən Əmirliyin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani iştirak edib.

Vaşinqtonu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns təmsil edib, Misir nümayəndə heyətinə isə kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamel rəhbərlik edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.