Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Moskva istiqamətində uçan daha iki pilotsuz uçuş aparatını (PUA) məhv edib və nəticədə vurulan PUA-ların sayı 10-a çatıb.
Bu barədə şəhərin meri Sergey Sobyanin öz “Telegram” kanalında məlumat verib.
“Düşmən PUA-larının Moskvaya bütün hücumları uğurla dəf edildi. Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri bu gecə 10 PUA-nı vurub “, – deyə o bildirib.
Sobyanin Moskvaya dronlarla bu gecəki hücum cəhdini bütün zamanların ən böyüklərindən biri adlandırıb.