Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bərdədə “Yaşıl düşüncə” mövzularına həsr olunmuş təlimlər keçirilib –

User 21 Avqust 2024 - 11:30 (Last updated: 21 May 2025 - 20:15)
ber01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” ictimai birliyinin həyata keçirdiyi Qarabağ iqtisadi rayonunda “yaşıl düşüncə”nin təbliği və inkişafı adlı layihəsi uğurla davam edir. 

Layihə çərçivəsində 17 avqust tarixində Bərdə şəhərində “Yaşıl düşüncə”, “Dayanıqlı inkişaf” və “Yaşıl həyat” mövzularında təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi, iştirakçılara “yaşıl düşüncə” anlayışını dərinliklə izah etmək, bu düşüncənin ekosistemə, təbiətə və insan sağlamlığına olan müsbət təsirlərini vurğulamaq idi.

Xüsusilə Qarabağ regionu üçün əhəmiyyətli olan bu yanaşma, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpası və dayanıqlı inkişafın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təlimlərdə iştirakçılar, ətraf mühitin qorunması və resursların səmərəli istifadəsi ilə bağlı yeni bilik və bacarıqlara yiyələnərək, “yaşıl düşüncə”ni şəxsi və peşəkar həyatlarına tətbiq etməyin yollarını öyrəndilər. Geniş müzakirələr aparıldı və iştirakçılar, “Yaşıl Bərdə” təşəbbüsü çərçivəsində öz təkliflərini təqdim edərək, regionda ekoloji mədəniyyətin inkişafına töhfə verməyi hədəflədilər.

Tədbirin sonunda, iştirakçılara sertifikatlar təqdim olundu və onların əldə etdikləri bilik və bacarıqların regionda “yaşıl düşüncə”nin yayılmasına və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verəcəyi vurğulandı. Təlimlər, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev tərəfindən aparıldı.

 

Post navigation

Previous: Leyla Əliyeva və Emin Olimpiya çempionları ilə görüşdü –
Next: Sabah 37 dərəcə isti olacaq

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.