Niderlanddan olan kolleksiyaçıya məxsus konyak rəsmən dünyanın ən qədim konyakı adlandırılıb.
Azpost.info UPI portalına istinadən bildirir ki, bu konyak şüşəsinin 328 yaşı var.
Nijmegen sakini Lars Yansenin kolleksiyasında saxlanılan “Jules Robin” konyakı 1696-cı ildə hazırlanıb.
Bu konyak Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən qədim konyakı seçilib.
Əvvəllər hesab olunurdu ki, ən qədim konyak şüşəsi 1762-ci ildə hazırlanmış “Gautier” konyakıdır. Bu konyak 2020-ci ildə Sotheby’s hərracında 146.000 dollara satılıb. Hərracda satılan ən qədim konyak olub.