Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır? –

User 26 Yanvar 2025 - 11:28 (Last updated: 21 May 2025 - 20:15)
Xiyar

Xiyar

Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?

Böyrək problemlərindən qaçmaq üçün nə yemək lazım olduğu məlum oldu

Həkimlər böyrəklərin sağlamlığını dəstəkləyən məhsulların adlarını açıqlayıblar.

AzPost bildirir ki, rusiyalı mütəxəssilər böyrək sağlamlığı üçün zəruri olan beş əsas məhsulu sadalayıblar.

Həkimlər  xəbərdarlıq edib ki, böyrəklərin funksiyasının zəif olması səbəbindən qan azlığı yarana, ürək və damarların, həzm orqanlarının fəaliyyəti pisləşə, immunitet aşağı düşə bilər.

Böyrəyə qanı və bədəni toksinlərdən təmizləməsinə kömək etmək üçün rasionunuza xiyar, qarabaşaq yarması, dəniz balığı, qaragilə və buğda kəpəyi daxil etməlisiniz.

Həkimlərin açıqlamasında ​​deyilir: “Xiyar 90% sudur, sidik yollarını yuyur, tullantıların və toksinlərin konsentrasiyasını azaldır. Qarabaşaq yarmasının tərkibindəki mürəkkəb karbohidratlar sidik ifrazını təşviq edir”.

Dəniz balıqlarının tərkibində olan Omeqa-3 böyrək toxumasını və ümumiyyətlə böyrək funksiyasını qorumağa kömək edir, qaragilə isə böyrək borularını atrofiyadan qoruyur. B6 vitamini ilə zəngin olan buğda kəpəyi sidik daşı xəstəliyinin qarşısını alır.

Mütəxəssilər  hətta sağlam qidalardan da sui-istifadə etməməyə və balanslaşdırılmış pəhrizə riayət etməyə çağırıblar. Onlar  həmçinin çoxlu miqdarda duz, konserv, qırmızı ət, şirin və yağlı qidalardan istifadə etməmək barədə xəbərdarlıq ediblər.

 

Yerigəlmişkən:

Bəzi məhsullar böyrəklərin fəaliyyətinə müsbət təsir edir, onları qoruyur. Bu məhsulları  rasiona daha tez-tez daxil etmək lazımdır.
– Balqabaq və balqabaq tumları A, E, maqnezium, kalsium, kalium kimi böyrəklər üçün faydalı maddələrlə zəngindir. Kalium orqanizmdən artıq mayeni xaric etməyə kömək edir, ödemlərlə mübarizə aparır. Balqabaq və balqabaq tumları yüngül sidikqovucu təsir edir, böyrəkləri təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.
Alimlərin fikirinə görə, balqabaq şirəsi və balqabaq tumlarını daim qəbul edən insanlar böyrəklərində daşların əmələ gəlməsinin qarşısını alır.
– Qarpız. Bu nəhəng giləmeyvə böyrəkləri çox yaxşı təmizləyir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qarpız şirəsi orqanizmi maye ilə doydurur, qanı duruldur və bunun nəticəsində böyrəklərin işini xeyli yüngülləşdirir.
– Xiyarın 95%-ni su təşkil edir. Lakin bu adi su deyil. Bu su orqanizmdə yığılmış ziyanlı maddələri xaric etmək qabiliyyətinə malikdir.
– Qreypfrut və digər sistrus meyvələrində spesifik maddə aşkar olunub ki, bu maddə böyrəklərdə kistaların əmələ gəlməsinin qarşısını alır.
– Şüyüd böyrəklər üçün faydalı olan efir yağları ilə zəngindir. Təzə şüyüd və ya şüyüd şirəsi böyrəkləri qumdan və hətta xırda daşlardan təmizləyir.
– Kök, bibər, çaytikanı, mərəcüyüd və s. A vitamini ilə zəngin olan məhsullar böyrəklərin sağlamlığına çox müsbət təsir edir.
– İtburnu çox güclü sidikqovucu təsirinə malikdir. İtburnu böyrəkləri qumdan təmizləyir, xırda daşları əridir.

Post navigation

Previous: Mərdəkanda partlayış – Xəsarət alanlar var
Next: Tabesizlik göstərən motosiklet sürücüsü saatda 160-la belə qaçdı

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.