Mərdəkanda partlayış – Xəsarət alanlar var

Mərdəkanda
Mərdəkanda

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mərdəkanda partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AzPost-a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Məlum olub ki,  fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən Mərdəkanda –  hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var. Hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə, TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.