Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb

Orkhan Ali 18 Sentyabr 2024 - 14:24 (Last updated: 21 May 2025 - 20:15)
17266541324208855163_1200x630

Arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox cökə balı satışa çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı tərəfindən satışa ümumilikdə 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı gətirilib. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan ümumi bal məhsullarının 64 faizini təşkil edir.

Bundan başqa, arıçı fermerlər satışa 5,4 ton qaratikan balı, 6,8 ton may balı, 6 ton dağ balı, 2,6 ton biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.

Ümumilikdə, yarmarkada 120 tona yaxın arıçılıq məhsulları satışa çıxarılıb. Satışa çıxarılan məhsulların 4 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Qeyd edək ki, arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış yarmarkası sentyabrın 29-da 19:00-dək davam edəcək.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.

Post navigation

Previous: Korifey bəstəkarlarımız süni intellektlə “hərəkətə gəldi” –
Next: “Erməni əsirlərin məsələsi sülh sazişi ilə həll olunmalıdır”

Oxşar xəbərlər

yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
surusme badadar
  • Sosial

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

User 20 Noyabr 2026 - 13:28

xƏBƏR

yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
Psixoloqlar ətrafımızdakı insanların davranışlarını diqqətlə müşahidə etməyi və onların nə dərəcədə etibarlı olduğunu müəyyənləşdirməyi məsləhət görürlər. İlk...
Read more about Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır? Boşanma
  • Baş Yazı

11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?

User 20 Noyabr 2026 - 15:37
“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı yuxu yat
  • Maraqlı

Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı

User 20 Noyabr 2026 - 14:43
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.