Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi Nardaranda təqdim edilib-

User 07 Oktyabr 2024 - 01:45 (Last updated: 21 May 2025 - 20:15)
qi01

“Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq  03 oktyabr 2024-cü il ildə Sabunçu rayonu Nardaran qəsəbəsi 130 № li tam orta məktəbdə, pedaqoji heyətin üzvlərinin iştirakı ilə  təqdimat və 20 nəfər (10 oğlan 10 nəfər qız)  arasında Anket-Sorğusu keçirilib. 03.10.2024-cü il  saat 11-00 – da  könüllülük prinsipi əsasında, şəxsi həvəs və  maraqlarına uyğun olaraq, məktəbin VII c sinif şagirdlərindən ibarət qrup sinif otağında toplaşıb. Layihənin rəhbəri N.Nəcəfov şagirdlərə layihə barədə məlumat verdi və Anket Sorğusunun keçirilməsi ilə əlaqədar olaraq məktəblilərin suallarını cavablandırdı.

O, hər bir məktəblinin davamlı inkişafına müsbət təsir göstərən  zehni oyunlardan  dama, domino, şahmat, müxtəlif konstruksiyaların qurulması,pazlıların köməyi ilə müəyyən təsvirin toplanmasından danışdı, şagirdləri layihənin icrasına qoşulmağa çağırdı. Sonra oğlan və qızların birgə iştirakı ilə məktəbin İctimai Lövhəsində layihənin çap məhsulu olan rəngli, loqolu Poster umumi baxış üçün  vuruldu. Asudə vaxtı səmərəli keçirtmək, dama, domino, şahmatla məşğul olmaq, pazlı quraşdırmaq və s.i.  məktəblilərə diqqəti olmaqla yanaşı həm də ilkin təhlil etmə bacarıqlarını öyrədir,onlarda yaddaşı inkişaf etdirir. Sonra layihənin fokus qrupuna – 20 şagirdə, qələm və loqolu Anket-Sorğusu vərəqləri paylanildı. Şagirdlər 20 dəqiqə ərzində  Sorğuya  cavab verdilər.

130 № li tam orta məktəbin kitabxanasında “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin təqdimatı keçirildi. Layihə rəhbəri N.Nəcəfov təqdimatdan öncə kitabxanada yaradılmış xüsusi səliqəni,təmizliyi,rəflərdə düzülmüş ədəbiyyatın temalar üzrə ayrılmasını, kitabxananın tərtibatını,buradakı xoş auranı,şagirdlərə peşəkar yanaşmanı, onlara bədii ədəbiyyat seçməkdə köməyi ayrıca qeyd etdi. Təqdimatda məktəbin pedaqoji kollektivinin üzvləri Təşkilatçı Y.Dadaşova, UBR T.Novruzova, A.İsayeva, Z.Əzizova, N.Nurəliyev, S.Süleymanova, Ü.Rəhimova  A.Zülfüqarova, X.Fərəczadə iştirak edirdilər. Layihə rəhbəri pedaqoji heyətə layihənin məqsədi,fənlərarası əlaqələr, əhatə dairəsi, şagirdlərdən bir qrupunun rəğbətləndirilməsi barədə ətraflı məlumat verdi və hədiyyələri nümayiş etdirdi. Məktəbəqədə və sinifdənxarıc iş üzrə təşkilatçı Y.Dadaşova çıxış edərək, şagirdlərin intellektinin inkişafı məqsədi ilə bu qəbildən olan layihələri müsbət qiymətləndirdi.

“Oriqami” təşkilatı tərəfindən hər iki tədbirdə foto-video çəkilişi təşkil olunmuş və KİV üçün məlumat hazırlanıb.  

 

Post navigation

Previous: Dünyada ən yüksək maaş alan dövlət başçıları kimlərdir? –
Next: “Karabakh GreenTech” hakatonunun ilk mərhələsi başa çatıb –

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.