Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Günəş nə vaxt sönəcək? Yerdə həyat necə sona çatacaq? –

User 31 May 2025 - 16:23 (Last updated: 31 May 2025 - 15:31)
Günəş

Günəş

Kaliforniya Universitetinin astrofiziki Keminq Çjanqın rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Günəşin sönməsi ilə Yerdəki həyatın yoxa çıxa biləcəyini bildirib.

Onlar Yerin gələcək taleyini xatırladan ekzoplanet kəşf ediblər. O, Süd Yolundan 4 min işıq ili uzaqlıqda yerləşir və ölçüsünə görə Yerlə müqayisə edilə bilər.

“Nature Astronomy” jurnalında dərc olunan materialda qeyd olunur ki, alimlər Kek Rəsədxanasında (Havay) apardıqları müşahidələr vasitəsilə ekzoplaneti daha ətraflı tədqiq ediblər. Məlum olub ki, bir vaxtlar bu planetdə həyat üçün əlverişli şərait olub, lakin sonradan onun öz “Günəşi” sönərək qırmızı nəhəng kütləyə – ağ “cırtdana” çevrilib.

Tədqiqat materialında qeyd olunur ki, ekzoplanetin özü yerindən tərpənmiş kimi görünür və indi Yerin orbitindən iki dəfə böyük orbitdə yerləşir. O, “xilas olub”, lakin tutqun ağ cırtdanın “yaşayış zonasından” xeyli uzaqda yerləşir.

Astrofiziklər Günəşin genişlənərək Merkuri və Veneranı uda biləcəyi nəzəriyyəsini irəli sürürlər. Əgər Yer planeti xilas olarsa, o, indiki ölçüsündən iki dəfə çox olan bir orbitə çıxacaq. Günəşin qırmızı nəhəngə keçid prosesi təxminən 1 milyard ildən sonra başlaya bilər və təxminən 8 milyard ildən sonra o, “ağ cırtdana” çevriləcək.

Çjanq vurğulayıb ki, Günəşin Yer kürəsini udacağını dəqiq söyləmək mümkün deyil, lakin istənilən halda, planetin okeanları buxarlanana qədər onun daha 1 milyard il yaşaması mümkün olacaq. Bundan əvvəl Rusiyanın Perm Politexnik Universitetinin astronomu Yevgeni Burmistrov Ayın illik 4 santimetr yerdəyişməsinin Yer üçün fəsadlarından danışıb. (Azərtac)

AzPost.az

Post navigation

Previous: Nizamülmülk –
Next: Bədəndə iltihabı hansı qidalar yaradır? –

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.