Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək

Orkhan Ali 29 Oktyabr 2024 - 14:23 (Last updated: 21 May 2025 - 20:15)
qmi

Noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, Sammitdə 30-a yaxın dünyəvi və ənənəvi dinlərin liderlərinin, nüfuzlu dini mərkəzlərin başçılarının – patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimlərinin, ümumilikdə, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimlərinin, həmçinin KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Dini liderlərin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda keçiriləcək budəfəki sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin – iqlim dəyişmələrinin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məqsədi daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq, dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik və səmərəli təkliflərini, səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.

 

Post navigation

Previous: “Biz İsraili öz yerinə oturtmalıyıq”
Next: İsrailin zərbə vurduğu obyektlər bərpa olunub –

Oxşar xəbərlər

muselman
  • Din

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz

User 19 Noyabr 2026 - 13:29
media sura
  • Din

Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama

User 17 Noyabr 2026 - 13:50
qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09

xƏBƏR

Boşanma
  • Baş Yazı

11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?

User 20 Noyabr 2026 - 15:37
Azərbaycanda ailə qurmaq istəyənlərin sayı azalmağa davam edir. Bu ilin ilk 9 ayında ölkədə 31 085 nikah...
Read more about 11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?
“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı yuxu yat
  • Maraqlı

Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı

User 20 Noyabr 2026 - 14:43
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik” trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.