Bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik

Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“9 Noyabr – Dövlət Bayrağı Günündə, Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin rəmzi olan, Azərbaycan xalqını azadlıq və milli-mənəvi dəyərlər ətrafında möhkəm birləşdirən üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik.

Bayraq Günümüz mübarək!”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.