Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

COP prosesinin etibarını sarsıtmağa çalışdınız

Orkhan Ali 14 Noyabr 2024 - 18:46 (Last updated: 21 May 2025 - 20:15)
hikmet hacıyev

Sizin Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi təsvir etməyiniz çox təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün “biz və barbarlar” hekayəsindən başqa heç nəyi xatırlatmır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə cavabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Aİ dövlətlərinin xaricdəki regionları kimi iqlim dəyişikliyindən daha çox əziyyət çəkir, lakin özünüidarədən məhrum olan xaricdəki bölgələr öz narahatlıqlarını dilə gətirə bilmir və onlara məhəl qoyulmur: “COP29-da Azərbaycan inklüziv şəkildə hər bir səsin eşidilməsi üçün platforma təqdim edir. Nəzərə alsaq ki, bəzi Aİ ölkələri bədnam müstəmləkə idarəçiliyi və biabırçı qul ticarəti ilə məşğul olublar, bu onlara neo/müstəmləkə rejimini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi daha geniş beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur: “Lakin Avropa İttifaqının Xarici Siyasət Xidmətinin COP29-da iştirak etməmək üçün göstərişlər göndərməsi tamamilə qəbuledilməzdir. Həmçinin, bəzi hallarda Avropa İttifaqının Xarici Siyasət Xidməti Aİ-nin digər ölkələrini COP29-da iştirakdan çəkindirmək üçün diplomatik əlaqələrindən istifadə edib. Bununla siz COP prosesinin etibarını sarsıtmağa çalışdınız. Lakin bütün bu cəhdlər uğursuzluqla nəticələnib. COP29-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib, 70 mindən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istədim ki, COP prosesi BMT-yə və dünyaya aiddir.

Bütün bu mənasız hücumlardan asılı olmayaraq, Azərbaycan COP29-un ev sahibi və sədri kimi COP-un inklüzivliyini təmin etmək və qlobal iqlim fəaliyyət gündəliyində gözlənilən nəticələri çatdırmaq naminə tərəflərlə konstruktiv işləmək üçün əlindən gələni etməyə davam edəcək”.

Post navigation

Previous: Paşinyan saqqalını qırxdı
Next: Ceyhun Bayramov BMT baş katibinin köməkçisi ilə görüşüb

Oxşar xəbərlər

ilham aliyev
  • Siyasət

Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 14:07
dollar qizil
  • Siyasət

Rusiya büdcə kəsirini bağlamaq üçün qızıl satır –– 62 ton qızıl hara gedib?

User 20 Oktyabr 2026 - 21:21
xin
  • Siyasət

Xarici İşlər Nazirliyi Fransaya səyahətlə bağlı xəbərdarlıq edib

User 20 Oktyabr 2026 - 19:34

xƏBƏR

derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
İnsult keçirən xəstələrin müalicəsində istifadə olunacaq yeni dərman ABŞ-da tətbiq üçün təsdiqlənib. Tenecteplase (TNK) adlı preparat qan...
Read more about İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir
Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər london01
  • Dünya

Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər

User 21 Oktyabr 2026 - 17:00
Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41
SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır zelenski
  • Dünya

Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır

User 21 Oktyabr 2026 - 16:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.