Ərdoğan Baydenin Ukrayna ilə bağlı qərarının əleyhinə çıxdı

“Türkiyə ABŞ-ın Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsini dəstəkləmir,  düzgün hesab etmir”.

Azpost.info bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Bayden Rusiya ilə Ukrayna arasında müharibəni daha da qızışdırmaq məqsədi daşıyan addım atıb.

Ərdoğan əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı ən kiçik səhv barut çəlləyinə atəş atmaq kimidir. Prezident ehtiyatlı olmağı tövsiyə edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.