Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

Bu barədə XİN məlumat yayıb.

Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Məlumata görə, nazirlər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli əməkdaşlığın gündəmini müzakirə ediblər.

Qeyd edilib ki, Ceyhun Bayramov finlandiyalı həmkarına münaqişədən sonrakı regional vəziyyət, davam edən mina təhlükəsi, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.