Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

NASA zondu öz rekordunu yenilədi: Günəşə ən yaxın məsafəyə çatdı

Orkhan Ali 25 Dekabr 2024 - 14:51 (Last updated: 21 May 2025 - 20:15)
1

“Parker Solar Probe” planetlərarası stansiyası Günəş tacı vasitəsilə qravitasiya manevrini həyata keçirir. Zond Günəşə yaxınlaşmaq üzrə rekord qırıb və 27 dekabrda Yerlə əlaqə saxlamağa çalışacaq.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) “X” hesabında məlumat verib.

“Parker hazırda qravitasiya manevri həyata keçirir və dekabrın 27-nə qədər bizimlə əlaqə saxlaya bilməz. Həmin gün o, bizə yaxşı olduğuna dair bir siqnal göndərəcək”, – deyə paylaşımda bildirilib.

Məlumata görə, zond Günəşə 6.1 milyon km-lik rekord dərəcədə yaxın məsafədə olub. Bu, dekabrın 24-də Bakı vaxtı ilə saat 15:53​​-də baş verib. Cihaz dekabrın 20-də Avstraliyadakı NASA stansiyası ilə əlaqə saxlayıb, bütün sistemlər normal rejimdə işləyib.

Missiyanın direktoru Nik Pinkaynın sözlərinə görə, insan tərəfindən yaradılan heç bir obyekt Günəşə bu qədər yaxın gəlməyib, ona görə də zond elm adamlarına “naməlum ərazidən” məlumat əldə etməyə kömək edəcək.

Zond həmçinin insan tərəfindən hazırlanmış obyektlər üzrə yeni sürət rekordu da müəyyən edib. Qravitasiya manevri zamanı o, 692 min km/saat sürətlə hərəkət edir və bununla da 2023-cü ildə Venera ətrafında uçduğu zaman olan öz rekordunu yeniləyir. Günəş ətrafında manevri zamanı cihaz günəş tacı adlanan yerdən keçir ki, burada temperatur 982 dərəcə Selsiyə çata bilər.

Qeyd edək ki, “Parker Solar Probe” (PSP) missiyası 2018-ci ilin avqustunda kosmosa buraxılıb. 2021-ci ildə o, artıq Günəş ətrafında manevr edib və onun tacı haqqında yeni məlumatlar toplaya bilib. Gözlənilir ki, cihaz hazırda ulduz atmosferi haqqında topladığı məlumatları yanvarın sonunda Yerə ötürməyə başlayacaq. (oxu.az)

Post navigation

Previous: “MDB liderləri təyyarə qəzasını müzakirə edəcəklər”
Next: Təyyarə qəzasına düşən Zaur Məmmədov atasının dəfnindən qayıdırmış

Oxşar xəbərlər

britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57

xƏBƏR

ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub....
Read more about İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir? burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.