Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Ölkə

Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər

Orkhan Ali 06 Yanvar 2025 - 10:31 (Last updated: 21 May 2025 - 20:15)
85126f3c2edda0c3bf80aa76b1e284ab-14

Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə görüntülər yayılıb.

Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək”.

Şagirdlərin adlarının açıqlanmaması və üzlərinin görünməməsi üçün sözügedən videonun redaktə edilmiş versiyasını təqdim edirik:

 

Post navigation

Previous: Martda 16 gün İŞ OLMAYACAQ
Next: Uşaqlar arasında yayılan virus infeksiyası nədir? – RƏSMİ AÇIQLAMA

Oxşar xəbərlər

neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36

xƏBƏR

qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35
Astara rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə bu gün saat 09:45 radələrində rayonun...
Read more about Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı
Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq? budce
  • Sosial

Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq?

User 11 Noyabr 2026 - 14:19
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO ilham cop31
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO

User 11 Noyabr 2026 - 14:00
COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL cop31
  • Siyasət

COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL

User 11 Noyabr 2026 - 13:53
“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.